Azərbaycanda lizinq fəaliyyətini uğurla həyata keçirən və yerli lizinq xidmətləri bazarının lideri olan «Unileasing» Lizinq Şirkəti, Bankları, İnvestisiya şirkətlərini və Fondları əməkdaşlığa dəvət edir.
Ölkə müəssisələrinin böyük hissəsinin sərbəst dövriyyə vəsaitlərinin olmaması və yüksək bank kredit dərəcələri şəraitində biznesin inkişafının məqsədyönlü dəstəklənməsinin effektli forması, eləcə də investorlar üçün zəmanətlərin təmin edilməsində kifayət qədər ciddi vasitə - lizinqdir.
«Unileasing» Lizinq Şirkəti, müştərilərin tələbatlarının təmin olunmasına, sahibkarlığın təşviq edilməsinə və real nəticələrin əldə edilməsinə yönəlmiş dəqiq mərkəzləşdirilmiş idarəyə malikdir. Şirkətin yaranma anından menecment tərəfdaşlarımız və investorlarımız üçün fəaliyyətin tam qanuniliyini və şəffaflığını, eləcə də fəalliyyətimizin beynəlxalq standartlara uyğunluğunu təmin edir. Buna sübüt olaraq Şirkətimiz GAAP standartlarına uyğun olaraq uçot aparır və dünyanın ən iri audit şirkətlərindən olan Deloitte & Touche və PricewaterhouseCoopers tərəfindən auditdən keçir.
Yaranma anından etibarən «UniLeasing» Lizinq Şirkəti Avropa Yenidənqurma və İnkişaf Bankının (3 mln. USD), Beynəlxalq Maliyyə Korporasiyasının (5 mln USD), İslam İnkişaf Korporasiyasının (1,7 mln USD) və ABŞ EximBank, Almaniyanın Laundersbank və M&T Bank tərəfindən ayrılmış kredit xətlərini uğurla istifadə edib.
«Unileasing» Lizinq Şirkəti, şirkətin bazardakı mövqelərinin möhkəmləndirilməsi, investorlar tərəfindən ona etibar edilmiş kapital dəyərinin artırılması üçün səy göstərir.
Şirkətiniz tərəfindən göstərilən xidmətlər kompleksinin genişləndirilməsi və təkmilləşdirilməsi üçün «UniLeasing» Lizinq Şirkəti Sizə Azərbaycanda lizinq layihələrinin maliyyələşdirilməsində iştirak etməyi təklif edir.


