Yerli bazarın lideri Unileasing QSC birinci rübü $0,5 mln. yaxın mənfəətlə başa vurub, o cümlədən göstərilmiş müddət ərzində şirkət tərəfindən maliyyələşdirilən obyektlərin məcmu dəyəri $6,5 mln. bərabər olub.
01.04.2010-cu il olan vəziyyətə görə, şirkətin lizinq portfeli $42 mln. çatıb və ilin əvvəli ilə müqayisədə $2 mln. və ya 4.8% artıb.
Cari il yanvarın-aprel aylar ərzində Unileasing mütəxəssisləri tərəfindən 150 müqavilə bağlanıb. Buna uyğun olaraq ümumi dəyəri $6,5 mln. çox 255 obyekt lizinqə verilib.
2010-cu il birinci rübün sonuna olan məlumata görə, lizinq şirkəti tərəfindən 1077 müqavilə bağlanıb. Müqavilələr üzrə ümumi dəyəri $75,3 mln. çox olan 1734 obyekt lizinqə verilib.
Hazırda "Unileasing" inşaat texnikası, avadanlıq, nəqliyyatın maliyyələşdirilməsi üzrə ən sərfəli şərtləri təqdim edir. Hətta müştəri üçün lazım olan obyekti ABŞ və Almaniyadan sifariş etmək, həmçinin, anbarda və bazanın www.resale.az informasiya bazasında olanlardan seçmək mümkündür.
Yaxın vaxtlarda şirkət yeni servisi davam etdirmək niyyətindədir, bu isə potensial müştərilərin onlara lazım olan obyektləri lizinqə götürməsi imkanlarını xeyli asanlaşdıracaq.


