2004-cü il fevralın 24-də "Unibank" Kommersiya Bankının Müşahidə şürasının növbəti iclasında "UniLeasing" lizinq şirkətinin təsis olunması haqqında qərar qəbul olunub.
2004-cü il iyunun 17-də nizamnamə kapitalı 1 mlrd. manat (200 min. ABŞ dollar) olmaqla "UniLeasing" Qapalı Səhmdar Cəmiyyəti rəsmi qeydiyyatdan keçmişdir.
Hazırda "UniLeasing" respublikanın ən dinamik inkişaf edən lizinq şirkətlərindən biridir.
"Unileasing" Azərbaycan lizinq bazarının liderləri üçlüyünə daxildir və bölgələrdə olan filialların sayına görə birinci yer tutur (2007-ci il aprel ayına olan məlumat).
"Unileasing" fəaliyyətinin əsas istiqamətləri:
- Tikinti texnikasının maliyyə lizinqi
- Nəqliyyat vasitələrinin maliyyə lizinqi
- Tibbi avadanlığın maliyyə lizinqi,
- Biznes məqsədilə daşınmaz əmlakın maliyyə lizinqi
- İstehsalat avadanlığının maliyyə lizinqi.



